Bakı-Qazax yolunda ard-arda 3 qəza: 5 nəfər yaralandı
Bakı-Qazax magistral yolunda bir neçə dəqiqəlik fərqlə 3 yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.
Əvvəlcə yolda iki minik avtomobili toqquşub. Bu zaman Qazax istiqamətində hərəkətdə olan qumla dolu "KamAZ"ın sürücüsü qəzadan yayınmağa çalışarkən idarəetməni itirib və ağırtonnajlı avtomobil yolun kənarına aşıb, daşıdığı yük isə ətrafa dağılıb. Sürücü, 48 yaşlı Gəncə şəhər sakini Cəmil Həsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
4 zolaqlı yolun digər tərəfində isə Bakıya doğru hərəkət edən "Mercedes" və "Lada" markalı avtomobillər toqquşub. Zərbənin gücündən maşınlardan biri yolun kənarına düşüb.
Baş verən qəzalar zamanı avtomobillərdə olan 4 nəfər yüngül xəsarət aldığından, onlara təcili yardım briqadası hadisə yerində yardım göstərib.
Göstərilən faktlarla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV