Bakıda yaşayış binasında yanğın oldu
Bu gün səhər Bakıda yaşayış binasında yanğın baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib ki yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadrat metr sahədə yanıb: "Araşdırma aparılır, günahkar şəxslər müəyyən ediləcək. Yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək".
Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Yanğın söndürülüb və mənzillərə keçməsinin qarşısı alınıb. Sakinlər vaxtında təxliyə edildiyindən, hadisə zamanı xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV