Samiraldodan sərt cavab: "Tüpürüm sənin qeyrətinə!"
Samiraldo kimi tanınan stilist Samir Əliyev əsəbiləşib.
APA TV-nin məlumatına görə, o, “İnstagram” səhifəsində şəxsiyyətinə lağ edənlərə sərt cavab verib:
“Bacardığın qədər sən də elə. Sən də get mənim kimi kasıblara, imkansızlara kömək elə. Sən də get mənim kimi xəstə insanlara dəy. Amma sən bunu eləmirsən. Boş vaxtında “Torqovı”ya gedib kiminsə anasına, bacısına söz atırsan. Tüpürüm sənin qanacağına, tüpürüm sənin qeyrətinə. Bildin? Ay tarakan, sən mənim qeyrətimdən, namusumdan danışırsan. Sən get özünə bax. Gör, sən kimsən? Amma kiməsə ağıl öyrədirlər”.
Samiraldo keçmişinə də qayıdıb. Həyatında ağır günlər olduğunu, amma buna baxmayaraq, mübarizə apardığını və qalib çıxdığını deyib. Samiraldo insanların sevgisinin ona Allahın hədiyyəsi olduğunu vurğulayıb:
“Həyatımda çox xoşbəxtəm. Xoşbəxtəm ki, mənim 41 yaşım var. Mənim evim-eşiyim, maşınım var. Özüm almışam. Heç kim mənə heç nə almayıb. Bunları mən özüm əldə etmişəm, öz sənətimlə. Ay, mənim canlarım, kimsə gəlir mənimlə şəkil çəkdirir. Mənim sevənlərim var, mənə hörmət edən insanlar var. Bəyənmirsiniz, özünüz bilərsiniz. Amma deyə bilməzsiniz ki, heç kim mənimlə şəkil çəkdirməsin. Siz kimsiz axı mənə diktə edirsiniz? Yoxsa kiməsə diktə edirsiniz? Siz bəyəm məni bu vaxta qədər böyütmüsünüz ki, o sözləri mənə deyirsiniz? Mən acından öləndə gəlib mənə çörək vermisiniz bir dəfə də olsun? Mənə ağıl öyrədirsiniz, yol göstərirsiniz ki, “bu yolu get”. Mən öz yolumdayam. Mən Allahın ən sevimli bəndəsiyəm. Sənə də arzu edirəm ki, Allahın sevimli bəndəsi olasan. Sənə də arzu edirəm ki, Allahın ən sevimli bəndəsi olasan. Allah mənə necə yol açıbsa, sənə də yol açsın. Sən də get, mənim kimi xoşbəxt ol”.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV