Yanan universitet binasından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcək - VAXT AÇIQLANDI

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

 

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, həmin abituriyentlər üçün “İmtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR