Bakıda müşahidə olunan güclü külək ağacları aşırdı

Ötən gün axşam saatlarından başlayan külək gecəyə doğru gücünü daha da artırıb. Güclü külək əsasən şimal-qərb və şimaldan əsməyə başlayıb və fəsadsız ötüşməyib.

APA TV xəbər verir ki, nəticədə bəzi yerlərdə ağaclar aşıb. Ağac aşması halları daha çox yaşayış yerlərində rast gəlinsə də, küçə və prospektlərdə rast gəlinib. Bakının Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində ağaclardan birinin iri budağı avtomobil yoluna düşüb və burada yolun iki hərəkət zolağını tamamilə bağladığından nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb. Xoşbəxtlikdən avtomobillərə ziyan dəyməyib. Bununla belə, səhər saatlarınadək aşmış ağac ərazidən təmizlənməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə isə Bakıda və Abşeron yarımadasında müşahidə olunan şimal-qərb, şimal küləyi iyulun 26-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR