Bakıda zəncirvari qəzada 5 maşın bir-birinə dəydi - XƏSARƏT ALANLAR VAR

Gecə saatlarında Bakının Suraxanı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin xəbərinə görə, avtoqəza aeroport yolunda qeydə alınıb. Hadisə zamanı 5 avtomobil - "Mercedes", "Chevrolet", "Toyota", "Hyundai" və "Nissan" markalı minik maşınları zəncirvari şəkildə bu avtoqəzanın iştirakçısına çevrilib.

Məlumata görə, avtomobillərdən biri yolda qəfildən sürətini azaldıb. Bu vaxt arxadan gələn digər avtomobillərin sürücüləri də sürəti tənzimləyə bilmədiyi üçün hadisə qaçılmaz olub.

Nəticədə həmin avtomobillərdə olan 4 nəfər xəsarət alaraq 3 saylı Şəhər Klink Xəstəxanasına aparılıb. Xəsarətləri yüngül olduğu üçün onlara tibbi yardım göstərilərək evə buraxılıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Dəqiq səbəbləri təyin ediləcək avtotexniki və tibbi ekspertizalar müəyyən edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR