Ad günündə yeyilən kabab zəhərə döndü - ŞƏMKİRDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Şəmkirdə kütləvi zəhərlənmə olub.

APA TV-nin verdiyi məlumata görə, iyulun 23-də təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdirilib.

Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb. Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilindəkı restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss edib. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR