26 əcnəbi İŞİD-çi Mosulda ələ keçdi - ARALARINDA ALMAN VƏ RUS DA VAR

Almaniya hakimiyyəti İŞİD terror qruplaşması ilə əməkdaşlıqda təqsirləndirilən və Mosulda ələ keçirilmiş şəxslərdən dördünün alman olduğunu təsdiqləyib.

APA TV "Euronews"a istinadən xəbər verir ki, onlardan biri 16 yaşlı qızdır. Hələ ötən il Lindanın valideynləri onun itkin düşməsi barədə məlumat vermişdi. 16 yaşlı qızın şəkilləri ötən həftə internetdə yayılsa da, Berlində onun şəxsiyyətini bu günlərdə müəyyən etmək mümkün olub.

"Drezden prokurorluğu qızın həbsinə dair order verməyib. Biz onun ekstradisiya olunmasını da istəyə bilmərik. Lindanı ya İraqda mühakimə edəcəklər, ya da əcnəbi olduğu üçün ölkədən qovacaqlar. Ancaq ehtimal var ki, yetkinlik yaşına çatmadığı və itkin düşməsi barədə məlumat yayıldığı üçün onu Almaniyaya da göndərə bilərlər", - Drezden şəhərinin prokuroru Lorents Haaze belə deyib.

İraq ordusunun Mosulda keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD silahlılarının tərk etdiyi gizli tunellərdə ümumilikdə 26 əcnəbi ələ keçirilib. Onların əksəriyyəti isə qadınlardır. Aralarında həmçinin Rusiya vətəndaşları da var.

Hazırda həmin şəxslərdən hansılarının terror əməllərində daha aktiv iştirak etdiyi dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR