İsrailin İordaniyadakı səfirliyinə hücum - ÖLƏN VƏ YARALANANLAR VAR
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb, daha bir İordaniya vətəndaşı aldığı güllə yarasından xəstəxanada ölüb. Səfirliyin mühafizəçisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Rəsmən təsdiqini tapmamış məlumatlara görə, İsrail səfirliyinin əməkdaşları arasında da yaralılar var.
İordaniyanın “Al Ghad” qəzeti hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o, mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki rəsmi məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
19:18
486
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
532
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
530
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1068
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
992
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1339