Qax xəstəxanasında yanğın - MÜDİR OTAĞI YANIB
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə iyulun 23-də günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) inzibati binasının ikinci mərtəbəsində, cərrahiyyə şöbəsinin müdir otağında qeydə alınıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib və əraziyə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Buna baxmayaraq, yanğınsöndürənlər hadisə yerinə çatana qədər tibb işçilərinin səyi nəticəsində şiddətli olmadığı üçün yanğının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 15 kv/m olan otaq və otağın içərisində əşyalar tamamilə yanıb. Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
486
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
532
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
530
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1068
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
992
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1339