Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu gün Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, KİVDF-nin fəaliyyətindən və təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrindən bəhs edən Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, son müsabiqəyə 69 KİV-dən 147 yazı təqdim edilib.
V.Səfərli 19 istiqamət üzrə qalib olan jurnalistlərə mükafatların təqdim ediləcəyini nəzərə çatdırıb. Jurnalistlərə dövlət qayğısından danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin siyasətinin əsasında xalqın və dövlətin maraqlarının durduğunu vurğulayıb.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV