Balakəndə orta əsrlərə aid alban məbədi tapıldı

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb.


APA TV-nin yerli bürosunun məlumatına görə, Balakən rayonunun Tülü kəndində "Tülü türbəsi" kimi qeydiyyata alınmış abidə ətrafında aparılan arxeoloji qazıntılar və tədqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb.

 

Uzun illər türbə kimi tanınan bu abidənin əslində erkən orta əsrlərə aid bir Alban məbədi olduğu öz təsdiqini tapmaqdadır.

 

26 tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan 100-dən çox abidə və tikililər var ki, bunların araşdırılması nəinki şimal-qərb, o cümlədən Azərbaycan və bütövlükdə region tarixində mühüm addım ola bilər. Uzun illər kiçik bir türbə kimi qeydiyyata alınan, mülk sahibinin təşəbbüsü və vətənpərvərliyi sayəsində qorunan bu abidənin ətrafında aparılan araşdırmaların nəticələri də bunu deməyə əsas verir. Təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində burada ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6, 7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkar edilib.

Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR