Xərçəngə qalib gələn teleaparıcı: "Məni öldürməyin, yaşamaq istəyirəm!"
Tanınmış aktrisa və teleaparıcı Zümrüd Qasımova haqqında şayiə yayanlara “İnstagram” vasitəsilə müraciət edib.
APA TV-nin məlumatına görə, Zümrüd Qasımova bu yaxınlarda çalışdığı telekanaldan ayrılıb. Bundan sonra aparıcı ilə bağlı müxtəlif şayiələr yayılıb.
Qeyd edək ki, o, illər öncə amansız xərçəng xəstəliyi ilə mübarizə aparıb. Deyilənə görə, Zümrüd xanımın xəstəliyi yenidən baş qaldırıb. Aparıcı xeyli müddətdir bu barədə açıqlama vermirdi. Amma o, susqunluğunu pozmağa qərar verib və sosial şəbəkə vasitəsilə şayiə yayanlara səslənib: “Xoş gördük sizi, əziz dostlarım, məni sevənlər, sevdiklərim! Bir müddətdir haqqımda şayiələr gəzir ki, xəstələnmişəm və s. Mənim əzizlərim, 6 il öncə xəstə olmuşam. İndi canım sağdır. Hər şey yaxşıdır. Mən dəyərli dostlarımdan, saytlardan xahiş edirəm ki, məlumat yazırlar, başa düşürəm, istəyirlər ki, oxunsun. Əlbəttə, minnətdaram ki, diqqətinizdəyəm. Mən 6 il öncə xərçəng xəstəsi olmuşam. İndi canım çox sağlamdır. Çox şükürlər olsun! Məni öldürməyin! Yaşamaq istəyirəm. Hamınızı öpürəm, çox sevirəm. Hər birinizə cansağlığı diləyirəm. Həyat bizə bir dəfə verilir. Özünüzdən muğayat olun!”
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV