Əl-Əqsa məscidində yenə qan töküldü

İsrail təhlükəsizlik qüvvələri günlərdir mühasirədə saxladıqları əl-Əqsa məscidində yenə qan töküb.

 

APA TV-nin xəbərinə görə, bazar günü məscidin qapılarına metal axtarma detektorlarının qoyulması ilə başlayan gərginlik bu gün kulminasiya nöqtəsinə çatıb.

 

Etiraz əlaməti olaraq beş gündür namazlarını məscidin əl-Əsbat qapısında qılan müsəlmanlar bu gün cümə namazından çıxarkən İsrail təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Plastik güllələr, səs bombası və gözyaşardıcı qazla müşayiət olunan hücum zamanı 22 fələstinli yaralanıb. Həbs edilənlər var.

 

Qeyd edək ki, iyulun 14-də səhər saatlarında İsrail polisi əl-Əqsa məscidində silahlı müqavimət göstərdiyi üçün 3 fələstinlinin öldürüldüyünü, toqquşma zamanı yaralanan  2 polisin xəstəxanada vəfat etdiyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR