Salvador Dalinin məzarı açıldı - ATALIQ İDDİASI

Dünya şöhrətli sürrealist rəssam Salvador Dalinin məzarı açılıb. APA TV-nin məlumatına görə, rəssamın balzamlanmış qalıqları məzardan çıxarılıb.

 

Məhkəmə-tibbi ekspertizasının mütəxəssisləri tərəfindən hüquqşünasların iştirakı ilə çıxarılan qalıqlardan DNT analizi üçün nümunələr götürülüb. İspaniyada baş verən əməliyyatı beynəlxalq KİV anbaan izləyib.

 

Məzar Jironayadan olan Pilar Abelin tələbi ilə açılıb. O iddia edir ki, S.Dali onun bioloji atasıdır.

 

Pilar Abelin vəkili Enrike Blankes mətbuat nümayəndələrinə açıqlamasında bunları deyib: “Ən azı həqiqəti öyrənəcəyik. DNT-nin nəticəsi səhv ola bilməz. Bizim həqiqəti öyrənmək şansımız var".

 

Pilar Abelin nənəsi deyib ki, anası Dali ilə gizli görüşürmüş. Əgər fakt təsdiqlənsə, o, təkcə Dali soyadını daşımayacaq, həm də böyük sərvət sahibi olacaq. Salvador Dalinin həyat yoldaşından uşağı olmayıb. Dalinin aktivlərində 400 milyon avro olan sərvətinə dövlət fondu nəzarət edir. Əgər Pilar Abelin Salvador Dalinin qızı olduğu təsdiqlənsə, bu sərvətin dörddə birinə iddia edə bilər.

 

DNT-nin nəticəsi yayın sonunda bəlli olacaq.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR