Bodrumdakı zəlzələ istirahətdə olan məşhurları qorxudub - SOSİAL ŞƏBƏKƏ STATUSLARI
Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub.
APA TV-nin məlumatına görə, zəlzələnin episentri Bodrum şəhərindən 10,3 km aralıda yerləşib.
Hazırda bölgədə istirahət edən yerli və türk məşhurlar sosial şəbəkələr vasitəsilə zəlzələ barədə yazıblar.
İradə İbrahimova “dəhşətli gecə yaşadıq. Allah betərindən qorusun!” yazıb. İlkin Həsəni “2000-ci ildəki Bakı zəlzələsinin həyəcanını yaşadıq rəsmən. 6.8 bal, nə bal, bütün hotel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur” yazaraq şəkil paylaşıb.
Ayan Babakişiyeva isə video paylaşıb.
Müğənni İdo Tatlıses anası Derya Tuna üçün Bodrumda doğum günü mərasimi düzənləyib. Qəfil silkələnmə onları qorxudub.
Digər türkiyəli müğənnilər Hadisə və Demet Akalın da zəlzələ baş verən ərazidə olublar. Hadisə “Evimiz silkələndi. Özümüzü çölə necə atdığımızı izah edə bilmirəm. Yadıma düşdükcə qorxuram” yazıb.
Demet Akalın isə qızı üçün qorxub: “Qızım yatmır. Qorxusu tez keçər, inşallah. Çox pis idi”.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV