Cəlilabad sakininin həyətindən 139 çətənə kolu aşkarlandı

Cəlilabad sakininin həyətindən 139 ədəd çətənə kolu aşkarlanıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib.

 

Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

 

Rəşid Qasımov istintaqa verdiyi ilkin ifadəsində bu bitkinin toxumlarını Ağdam rayonuna gedərkən yol kənarında yabanı halda bitmiş çətənə kollarından yığdığını bildirib. Saxlanılan şəxs narkotik tərkibli bitkini şəxsi istifadəsi üçün becərdiyini bildirsə də, çətənə kollarının külli miqdarda olması bunun satış məqsədilə də əkildiyini deməyə əsas verir.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR