Bakıda piyada qəzalarında 49 yaşlı qadın və 27 yaşlı kişi xəsarət alıb

Gecə saatlarında Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub. APA TV xəbər verir ki, 1968-ci il təvəllüdlü Babaxanova Sevinc Fazil qızı Mərdəkan qəsəbəsindəki dənizkənarı yolla hərəkət edən zaman bir avtomobilin zərbəsilə üzləşib. Sürücü yaralı qadına kömək etmək əvəzinə, ərazidən uzaqlaşıb.

Xəsarət almış S.Babaxanova ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Avtoqəza ilə bağlı polisə də məlumat verilib və Xəzər RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Paytaxtın Sabunçu rayonunda baş vermiş digər analoji yol nəqliyyat hadisəsi zamanı yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Məmmədov Taleh Ağabəy oğlunu "Mercedes" markalı avtomobil vurub. Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına sürücünün özü çatdırıb.

Qeyd edək ki, hər iki faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR