"Linkin Park" qrupunun solisti intihar etdi

Məşhur rok qrupu "Linkin Park"ın solisti Çester Benninqton Los-Ancelesdəki evində ölü vəziyyətdə aşkarlanıb. APA TV "Frans Press" agentliyinə istinadən xəbər verir ki, Los-Anceles polisi 41 yaşlı müğənninin intihar etdiyi ehtimalı üzərində dayanıb.

Məşhurlar haqqında verdiyi xəbərlərlə tanınan "TMZ" internet saytı isə Benninqtonun özünü asaraq həyatına son verdiyini bildirib. Qrupun yaradıcılarından Mayk Şinoda xəbəri təsdiqləyib və bununla bağlı qrup şəklində bir açıqlama verəcəklərini qeyd edib.

Benninqtonun may ayında dünyasını dəyişmiş "Soundgarden" qrupunun vokalisti Kris Kornellə yaxın dost olduqları deyilir. Məşhur müğənninin alkoqol və narkotik asılılığından əziyyət çəkməsi və bundan əvvəl də intihar cəhdindən bəhs etməsilə bağlı iddialar səsləndirilib.-

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR