İranla Küveyt arasında "sərinlik" - SƏFİRƏ VAXT QOYULDU

İranın Küveytdəki səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, belə bir tələb hakimiyyət orqanları tərəfindən səsləndirilib.

Buna qədər isə yerli KİV-də Küveyt hökumətinin bu ölkədəki İran mədəniyyət missiyasının işini və onunla əlaqəli nümayəndəliklərin fəaliyyətini dayandırmasından yazmışdı. İran səfiri də bununla bağlı məlumatlandırılıb və səfirlikdə işləyən diplomatların sayını azaltması tələb olunub.

Digər bir məlumata görə, Küveyt hakimiyyəti 15 İran diplomatının ölkəni tərk etməsi, hərbi attaşe və mədəniyyət attaşesi aparatlarının bağlanması barədə qərar qəbul edib. Bununla yanaşı, Küveyt İranla bütün hökumətlərarası komitələrin də işini dayandırır.

Həmin tədbirlər Küveyt məhkəməsinin “al-Abdali” qruplaşması özəyinin üzvləri ilə danışıqlarından sonra görülüb. İttihamda təsdiqlənib ki, yaraqlılar İranda “Hizbullah” qruplaşmasının rəhbərliyi altında təlimlər keçib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR