Cənub bölgəsində yanğınlar: alovun Hirkan Milli Parkına keçməsinə imkan verilmədi

Lənkəran və Lerik rayonlarının sərhədində yerləşən bələdiyyə torpağında yanğın olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik rayonunun 19-cu km-də, Lənkəran rayonunun Təngivan kəndi ərazisində qeydə alınıb.

 

Lənkərançay çayının yatağında baş verən yanğın zamanı ümumilikdə 3 hektara yaxın ərazidə kol-kos və ağac yanıb. Hadisə yerinə Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Lerik rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının əhatə dairəsi qısa müddətdə məhdudlaşdırılaraq, alovun Hirkan Milli Parkına keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

 

Daha bir yanğın hadisəsi Masallıda meşə zolağında qeydə alınıb. Dərhal əraziyə Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2  yanğınsöndürən maşını  və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 hektar ərazidə kol-kos yanıb, palıd ağaclarına ziyan dəyib. Qısa müddətdə yanğının genişlənməsinin qarşısı alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR