“Mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, komitə sədri Hicran Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirib.

 

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

 

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, ailə və qadın məsələlərinə münasibətdə medianın həssas və məsuliyyətli olmasının vacibliyi qeyd edib.

 

Konfransda "ASAN Radio"nun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilən sorğunun nəticələri təqdim olunub. Tədbirin sonunda jurnalistlərə diplom və mükafatlar təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR