Bərdə bazarında yanğın: 20-dək mağaza kül oldu
Bərdənin təzə bazarında yanğın olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, sahibkarlara məxsus 20-dək mağaza yanıb.
Yanğın gecə saatlarında baş verib. Bu səbəbdən sahibkarların çoxu yanğından səhər xəbər tutub. Geyim, ərzaq, uşaq oyuncağı və elektron mallar satılan mağazaların sahiblərinə külli miqdarda ziyan dəyib. Yanğının söndürülməsinə FHN-in Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Bir neçə saat davam edən yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının nədən baş verməsi və sahibkarlara dəyən ziyan araşdırılır. Sahibkarlar ilkin ehtimal kimi elektrik naqillərindəki qısaqapanmanın yanğına səbəb olduğunu bildirib. Hazırda mağazalarda olan müşahidə kameraları da izlənilir.
OXŞAR XƏBƏRLƏR
19:18
516
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
564
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
560
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1072
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
997
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1346