Qızmar istilər davam edəcək

İyulun 21-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR