Lapşinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinən A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror A.Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV