Səudiyyəni silkələyən qısa ətəkli qadın azadlıqda - GÖZLƏNİLMƏZ QƏRAR

Səudiyyə polisi qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını sərbəst buraxıb.

 

Lent.az-ın bbc.com-a istinadən məlumatına görə, "Khulood" adlı model həftəsonu Najd əyalətində, paytaxt ər-Riyaddan 155 km şimalda yerləşən Ushayqir kəndində boş küçədə gəzərkən çəkilmiş video görüntülərini "Snapchat" sosial şəbəkəsində paylaşaraq bütün dünyanın diqqətini cəlb etmişdi.

 

O, mühafizəkar müsəlman ölkəsinin ciddi geyim kodeksini pozduğuna görə polisə çağırılıb. Qızğın mübahisələrə səbəb olmuş video yayımlandıqdan sonra bəziləri onun həbsini tələb edib. Digər Səudiyyə sakinləri qadını müdafiə edərək onun cəsurluğunu yüksək qiymətləndirib. Çərşənbə axşamı polis izahat aldıqdan sonra onu sərbəst buraxıb.

 

Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə "əbayə" adlanan geniş və uzun xalat tipli paltarlar geyinməlidirlər və başlarını şərflə örtməlidirlər. Onlara həmçinin maşın sürmək qadağandır. Bu ölkədə qadınlar qohumları olmayan kişilərlə əlaqə yarada bilməz.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR