Olimpiya çempionumuz maşınla ata, ana və uşağını vurdu
Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib.
Naməlum avtomobil 1986-cı il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədir.
Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Məlum olub ki, hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqorovna Şubina olub. O, 1976-cı ildə SSRİ həndbol yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarında çempion olub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV