Bakı-Qazax yolunda yağla dolu maşın aşdı
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 104-cü kilometrliyində, Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində qeydə alınıb.
Kərimov Mehman Faiq oğlunun idarə etdiyi “Mercedes Ateko” markalı yük maşını hərəkətdə olarkən təkərləri partlayıb və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Avtomobilin yük hissəsində olan tonlarla günəbaxan yağı magistral yola dağılıb və bir müddət yolda avtomobillərin hərəkətində çətinlik yaradıb.
Avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Eyvazov Elvin Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikaları cəlb olunub, yola dağılmış yağ yuyularaq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV