Bakıda tuneldə iki yük maşını qəzaya uğradı, yol bağlandı
Bakıda iki yük maşını qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib.
Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü “KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində “KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.
Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan “KamAz” yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun “Qələbə” və “20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.
Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV