Türkiyə ATƏT-in Minsk qrupunu fəallaşmağa çağırır

Türkiyə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallığı artırmağa çağırıb.

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunu üzrə keçirilən brifinqdə deyib.

 

Mövlud Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulmasından sonra mümkündür. Türkiyə Azərbaycanın yanındadır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirəm".

 

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir və iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı pisləyir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR