Prezident Türkiyə XİN rəhbəri ilə Qarabağ məsələsini müzakirə edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev  qeyd edib ki, Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri bir daha ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. O, Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da gücləndiyini və bütün istiqamətlər üzrə yaxşı nəticələrin olduğunu vurğulayıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı Azərbaycanda keçirilən tədbirlərin ölkəsində böyük razılıq hissi ilə qarşılandığını vurğulayıb. Türkiyənin xarici işlər naziri bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində təmas xəttində Azərbaycanın mülki şəxslərinin həlak olması ilə bağlı prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib. M.Çavuşoğlu bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR