FHN-də Pakistan nümayəndə heyəti ilə görüş keçirilib
Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər edib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Bakıya gələn Pakistan nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nazir müavini Faiq Tağı-zadə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib.
Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayat bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakının gözəlliyi nümayəndə heyətində böyük təəssürat yaradıb. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV