Azərbaycanda casus şəbəkəsi ifşa edildi
Azərbaycanda xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə casusluq edən şəxslər yaxalanıb.
DTX-nin (DTX) İctimaiyyətlə əlaqə şöbəsindən APA TV-yə bildirilib ki, Xidmətin keçirdiyi əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycanda casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında ölkədən çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.
Casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV