Zaqatalada canavar 16 yaşlı oğlana hücum etdi

Zaqatalada canavar mülki şəxsə hücum edib.

 

APA TV-nin məlumatına görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsindən dişlənmə yarası ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


Müayinə zamanı məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycan-Gürcüstan sərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisindəki meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.

 

Yaralıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunub. Məhəmməd Məmmədovun müalicəsi Zaqatala MRX-nın infeksiya şöbəsində davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR