YAP jurnalistləri mükafatlandırdı
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 İyul - Milli Mətbuat Günü münasibətilə partiyanın fəaliyyətini işıqlandıran bir qrup jurnalistlə görüş keçirilib.
APA TV-nin məlumatına görə, partiya adından jurnalistlərlə görüşən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan mətbuatının uzun bir yol keçməsindən danışıb.
Azərbaycan xalqının maarifçiliyə marağından və bu sahədə nailiyyətlərindən danışan M.Qurbanlı burada mətbuatın yolunu yüksək qiymətləndirib. O qeyd edib ki, müasir Azərbaycan mətbuatı da eyni ənənəni davam etdirir və dövlətin diqqəti, qayğısı medianın üzərindədir: “YAP olaraq da biz həmişə mətbuatla əməkdaşlığı intensiv formada saxlamışıq”.
Sonda jurnalistlərə mükafatlar təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV