42 dərəcə isti gözlənilir - SABAHIN HAVA PROQNOZU

İyulun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 22-25, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR