Masallıda yol polisini maşın vurdu

Masallıda sərxoş sürücülərə qarşı reyd zamanı avtomaşın yol polisini vuraraq qaçıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Masallı şəhəri ərazisində qeydə alınıb.

 

İnsident Dövlət Yol Patrul Xidməti əməkdaşlarının sərxoş sürücülərə qarşı keçirdiyi reyd zamanı baş verib. Yol Patrul Xidmətinin baş serjantı Qoşqar Eynalov xidməti vəzifəsini yerinə yetirərkən "saxla!" əmrinə tabe olmayan sürücü onu avtomaşınla vurub. Dərhal yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hələlik şəxsiyyəti məlum olmayan sürücü hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində tədbirlər görür.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR