Cəlilabad sakinindən 2,5 kq-dan çox narkotik götürüldü

Cəlilabad sakinindən 2 kq-dan artıq narkotik vasitə götürülüb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sidqi Novruzov saxlanılıb.

 

Onun yaşayış evinə baxış keçirilən zaman oradan xüsusi bağlamada 2 kq 45 qram heroin, 505 qram çəkidə tiryək aşkar edərək götürüb.

 

Cəlilabad RPŞ-nin rəis müavini Əjdər Hacıyevin sözlərinə görə, Sidqi Novruzov istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR