Ağsuda ayı kəndə hücum edib mal-qaranı parçaladı

Ağsu rayonunda ayı insanlara və mal-qaraya hücum edib, tələfat var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dilman kəndi ərazisindəki taxıl sahəsində baş verib.

 

Kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov özlərinə məxsus 4 baş iri buynuzlu heyvanı gecə saatlarında biçilmiş taxıl sahəsində otararkən qəflətən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri qaçıb gizlənib. Ayı otlaqdakı 2 inəyi parçalayaraq öldürüb, ikisini isə ağır yaralayıb. Hazırda yaralı heyvanlar baytar həkimin nəzarətindədir.

 

Dağlıq ərazidə yerləşən Dilman kəndinin sakinləri mal-qaranın tez-tez ayı, canavar və çaqqalların hücumuna məruz qaldığını bildiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR