Bakıda bir qız və bir oğlan bıçaqlandı

Bakıda gənc qız bıçaqlanıb. Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

APA TV-nin xəbərinə görə, 23 yaşlı Pərvanə Bağırova axşam saatlarında evinə qayıdarkən küçədə tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Yaralını xəstəxanaya hadisə şahidləri çatdırıb. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin ağır olduğu bildirilir.

Bakının Nəsimi rayonunda qeydə alınmış digər bıçaqlanma faktında 1999-cu il təvəllüdlü Rəhimov Əli Şahin oğluna xəsarət yetirilib. Məlumata görə, 18 yaşlı Əli Azadlıq prospektində bir tanışı ilə mübahisə edib, bıçaq xəsarətini də o, mübahisənin sonunda alıb.

O da xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.

Qeyd edək ki, hər iki qanlı hadisə ilə bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR