Bir maşın vurdu, digər maşın üstündən keçdi - BAKIDA PİYADA FACİƏSİ
Bakının Sabunçu rayonunda qeydə alınmış ağır yol nəqliyyat hadisəsi zamanı piyada dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, hadisə Sabunçu dairəsi yaxınlığında, aeroport yolunda baş verib.
Həsən adlı sürücünün idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus yolu keçmək istəyən piyadanı güzgüsü ilə vuraraq yerə yıxıb. Bu zaman Türkiyə vətəndaşının icarəyə götürərək idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yerə yıxılan piyadanın üstündən keçib. Orta yaşlarında olan kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Hadisə şahidləri hələlik şəxsiyyəti məlum olmayan piyadanın sərxoş olduğunu iddia edir. O, yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş keçid olsa da, yüksək sürətin üstün olduğu avtomobil yolu ilə qarşı tərəfə keçmək istəyib.
Qeyd edək ki, piyadanın vurulması daha bir yol qəzasının baş verməsinə səbəb olub. Belə ki, hadisəni görərək sürətini azaldan “Jeep Wrangler” markalı avtomobilin sürücüsü təcili tibbi yardıma xəbər vermək istəyib, ancaq bu vaxt arxadan gələn “Toyota Camry” markalı digər minik maşını ona çırpılıb. Bu qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
523
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
570
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
567
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1072
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
999
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1347