Balakəndə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR

Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Püştətala kənd sakini, 1984-cü il təvəllüdlü Alqayev Qurban Əli oğlunun idarə etdiyi “Ford” markalı xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 1963-cü il təvəllüdlü Məcidov Tofiq Əli oğlunun idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Yük maşınının sürücüsü Q.Alqayev qəzadan xəsarətsiz çıxsa da, ağır xəsarət alan minik maşınının sürücüsü T.Məcidov Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, 1979-cu il təvəllüdlü Bodurova Xalidə Qurban qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR