Ata və oğul Kür çayında batdı - HACIQABULDA DƏHŞƏT

Hacıqabulda ata və oğul Kür çayında bataraq boğulub. Hadisə rayonun Talış kəndində qeydə alınıb.

 

Hacıqabul rayonunda iki nəfər Kür çayında batıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Talış kəndində baş verib.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Ağavəli oğlu Ağavəlizadə günorta saatlarında iki oğlu ilə çayda çimərkən 2002-ci il təvəllüdlü oğlu Fəridin boğulduğunu görüb. Oğlunu xilas etmək istəyən zaman ata oğlu ilə birgə çayda boğulub.

 

Hadisə barədə digər oğlu yaxınlarına xəbər verib. Bu barədə məlumat daxil olan kimi FHN-in Dövlət Sularda Xilasetmənin Salyan məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Bir neçə saatlıq axtarışlardan sonra ata və oğlun cəsədləri batdıqları yerdən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR