"Şərq” qəzetinin redaksiyasında Azərbaycan Mətbuat Tarixi muzeyi yaradıldı
"Şərq” qəzetinin redaksiyasında Azərbaycan mətbuat tarixini əks etdirən muzey yaradılıb.
APA TV-nin xəbərinə görə, redaksiyanın giriş və foyesində, o cümlədən 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar nümayiş olunur.
Muzeydə 150-dən çox eksponat sərgilənir. Muzeydə mətbuat nümunələrinin orijinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanıb.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı muzey zənginlik baxımından digər muzeylərdən geri qalmadığını deyib: “Muzeydə ayrı-ayrı jurnalistlərə aid şəxsi əşyalar, sənədlər nümayiş olunur. Deyərdim ki, zənginlik baxımından digər muzeylərimizdən geridə qalmır. Azərbaycanda müxtəlif muzeylər fəaliyyət göstərsə də, təəssüf ki, Azərbaycan xalqının inkişafı üçün böyük rol oynayan mətbuata aid muzey yoxdur. Məhz buna görə mən Azərbaycan mətbuat muzeyinin ilkin olaraq bünövrəsini qoymaq haqqında düşündüm”.
Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də var. Muzeydə Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də öz əksini tapır.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov muzeyin yaradılmasını Azərbaycan jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisə kimi dəyərləndirib.
Digər çıxışçılar da muzeyin yaradılmasının əhəmiyyətini vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV