Bakıda tapança satmaq istəyən şəxs yaxalandı

Bakıda tapança satmaq istəyən şəxs yaxalanıb.

 

Nizami Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, "Qara Qarayev" metro stansiyasının yanında silah satmaq istəyən şəxsi 25-ci polis bölməsinin əməkdaşları yaxalayıblar.

 

Bölmənin rəis müavini Elnur Əliyevin sözlərinə görə, həmin şəxs əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd “TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxsin üzərindən aşkar edilən tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə həmin silah ballistik ekspertizaya göndərilib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR