Nikolay Baskov Qroznıda evlənir
Məşhur rusiyalı müğənni Nikolay Baskovun toyu olacaq.
APA TV-nin məlumatına görə, bu barədə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov şəxsi “İnstagram” səhifəsində məlumat verib.
Müğənni model Viktoriya Lopıryova ilə evlənməyə qərar verib. Nikolay Baskov xüsusi ziyafət zamanı model sevgilisinə evlənmə təklifi edib, eyni zamanda R.Kadırovdan şahid olmağı istəyib.
R.Kadırov video ilə yanaşı, status yazaraq nişanlı cütlüyü təbrik edib:
“Tezliklə! Qroznı şəhərində yüzilliyin toyu olacaq. Oktyabrın 5-də Çeçen Respublikasının paytaxtında möhtəşəm tədbir olacaq. Rusiyanın xalq artisti, vətənimizin “qızıl səsi” Nikolay Baskov və gözəl aparıcı Viktoriya Lopıryovanın toyu olacaq. Onlar bir-birini Qroznıda tapıblar.
Dəyərli dostlar! Biletləri öncədən alın, hotellərdə nömrələri bron edin, əks halda, yüzilliyin toyuna gələ bilməyəcəksiniz! Nikolay və Viktoriya bütün dostları dəvət edirlər. Biz isə deyirik - Qroznıya xoş gəlmisiniz!"
Qeyd edək ki, bu, saysız-hesabsız məhəbbət macəraları ilə həmişə gündəmdə olan Nikolay Baskovun rəsmən ikinci evliliyi olacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV