Bakıda sexdə yanğın: dərzi öldü

Bakıda dərzi sexində yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv. m olan 4 otaqdan ibarət dərzi sexində qeydə alınıb.

 

Səhər saatlarında baş verən yanğın nəticəsində sexin 3 otağının yanar konstruksiyaları 45 kv. m sahədə yanıb. Yanğın zamanı Əfrasiyab Əliyev xəsarət alıb, sexdə dərzi işləyən 1951-ci il təvəllüdlü Mustafa Leysan oğlu Yusubov isə ölüb: "İki gündən bir bağça-bağımı sulayıram. Suyu hələ buraxmamışdım. Qoca çıxdı, dedi içəri yanır. Girdim içəri, gördüm tavan yanır. Divarlar dermantindən düzəlib. "Pravada"lar isə dermantinin altından yana-yana gedirdi".  

 

Hər iki şəxs sexdə olan köhnə pencəklə alovu söndürmək istəyiblər. Lakin alov daha da şiddətlənib: "Alov şiddətləndi, pencək əlimdə alışdı. Gördüm boğuluram, tez çıxdım bayıra. Kişi isə girdi içəri, çıxmadı".  

 

Yanğının kəşfiyyatı zamanı 66 yaşlı Mustafa Yusubovun cəsədi aşkarlanıb.

 

Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR