Balakəndə 12 yaşlı velosipedçini maşın vurdu
Balakəndə 12 yaşlı uşağı velosiped sürərkən maşın vurub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında rayonun Meşəşanbul kəndində qeydə alınıb.
Kənd sakini İbrahim Gəncəyev idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən velosipedlə avtomobilin qarşısına çıxan həmyerlisi Şamil Hümbətovu vurub.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 12 yaşlı velosipedçi Balakən Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Şamil Hümbətova sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, ilkin yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
523
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
570
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
567
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1072
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
999
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1347