Bəzi yerlərdə 42 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

İyulun 19-da Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. ETSN-dən APA TV-yə verilən məlumata görə, şərq və cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 22-25, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.

 

İyulun 19-dan 23-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 19-dan 23-dək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR