Bərdədə 17 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşır
Bərdə rayonunda 12 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
APA TV-nin xəbərinə görə, uzunluğu 25 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunub.
Əvvəllər torpaq və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaranırdı. Yolun yenidən qurulması ilə problemlər tam olaraq aradan qaldırılıb.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılıb. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülüb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılıb. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat olmaqla 10 sm qalınlığında 150 min kv. m yeni asfalt-beton örtüyü döşənib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 2 yerdə 1000 mm diametrində ümumi uzunluğu 12 metr olan dəmir-beton borular və ümumi uzunluqları 360 m olan 30 ədəd dəmir suötürücü borular quraşdırılıb.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə 132 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Yeni yolun tikintisi yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da səbəb olacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV